• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatda dəyişikliklər ediləcək

Metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatda dəyişikliklər ediləcək
18.04.2025 21:55

“Bakı Metropoliteni” QSC metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatdan istifadə sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlığa başlayıb.Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması çərçivəsində bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik tunelin tikintisi planlaşdırılır:

"Tikinti zamanı “28 May” stansiyası fəaliyyətini davam etdirəcək. Stansiya hər gün səhər saat 6-dan axşam saat 00:00-dək sərnişinləri qəbul edəcək. Sərnişinlər "Əhmədli-İçərişəhər" istiqamətində rahat hərəkət edə biləcəklər. Ümumilikdə, tikinti dövründə bu istiqamətdə qatarların hərəkətində fasilə olmayacaq. Qatarlar tikinti dövründə də "28 May" stansiyasında dayanacaqlar və sərnişinlər "Cəfər Cabbarlı-Şah İsmayıl Xətai" istiqamətində hərəkətlərini davam etdirə biləcəklər”.

Bəxtiyar Məmmədov bildirib ki, yeganə məhdudiyyət “28 May-Nizami” istiqamətində olacaq:

“Tikinti başladıqdan sonra "28 May" dan "Dərnəgül" stansiyasına hərəkət edən qatarlar bu istiqamətdə hərəkət edə bilməyəcək. Həmin dövrdə sərnişinlərin bu hissədə alternativ nəqliyyatdan - avtobuslardan istifadə etməsi nəzərdə tutulur. Qatarlar yalnız "Nizami-Dərnəgül" istiqamətində hərəkət edəcək və bu marşrut üzrə sərnişin axınında maneə olmayacaq”.

Onun sözlərinə görə, hazırda əsas məqsəd sərnişin axını istiqamətlərini təhlil edərək optimal qərarların verilməsidir:

"28 May-Nizami" stansiyaları arasındakı məsafə hazırda təxminən 2 dəqiqəyə qət edilir. Tikinti dövründə sərnişinlər bu məsafəni avtobuslarla keçməli olacaqlar ki, bu da müəyyən vaxt itkisinə səbəb olacaq. Bu səbəbdən AYNA ilə birgə sərnişinlərin rahatlığı üçün ən uyğun həll yollarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Bu məsələlərin dəqiqləşdirilməsi üçün bir neçə ay vaxtımız var”.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda silah-sursat aşkarlanıb
Cəmiyyət 13:23
Bakıda silah-sursat aşkarlanıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:20
Sabahın hava proqnozu
Övladlığagötürmə ilə bağlı yenilik
Cəmiyyət 12:21
Övladlığagötürmə ilə bağlı yenilik
Bu qurumun işçilərinin sayı artırılıb
Cəmiyyət 12:19
Bu qurumun işçilərinin sayı artırılıb
“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək
Cəmiyyət 11:39
“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək
Qubada qaya parçaları yola düşüb,ləndlərlə əlaqə kəsilib - Video
Cəmiyyət 11:10
Qubada qaya parçaları yola düşüb,ləndlərlə əlaqə kəsilib - Video
Ötən gün Bank kartlarından 21 min manatdan çox pul oğurlanıb
Cəmiyyət 10:58
Ötən gün Bank kartlarından 21 min manatdan çox pul oğurlanıb
Ötən gün itkin düşən 8 nəfər tapılıb
Cəmiyyət 10:30
Ötən gün itkin düşən 8 nəfər tapılıb
AQTA toyda baş verən zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb - Yenilənib
Cəmiyyət 10:05
AQTA toyda baş verən zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol