• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
19.04.2025 15:46

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.

Müraciətdə bildirilir:

"Ölkə ərazisində bir neçə gün davam edən qeyri-sabit hava şəraiti mülayimləşsə də, külək və yağışın yaratdığı fəsadlar tam aradan qaldırılmayıb.

Bir sıra bölgələrdə hələ də əlverişsiz hava şərtləri hökm sürür ki, bu da həmin ərazilərdə avtomobil idarə edərkən daha diqqətli olmağı tələb edir.

Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazlığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı tövsiyə edir".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kranın trosu qırıldı - Ölən var
Cəmiyyət 21:30
Kranın trosu qırıldı - Ölən var
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Cəmiyyət 21:04
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Binəqədidə 5 avtomobil də yandı – VİDEO
Cəmiyyət 20:30
Binəqədidə 5 avtomobil də yandı – VİDEO
Uşağa pul göstərib sonra oğurlayıbmış (VİDEO)
Cəmiyyət 19:54
Uşağa pul göstərib sonra oğurlayıbmış (VİDEO)
Roma Papası Azərbaycana və ​​Ermənistana müraciət edib
Cəmiyyət 17:15
Roma Papası Azərbaycana və ​​Ermənistana müraciət edib
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:11
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Binəqədidə obyektdə baş verən yanğın söndürülüb - Video - Yenilənib
Cəmiyyət 17:00
Binəqədidə obyektdə baş verən yanğın söndürülüb - Video - Yenilənib
Sumqayıtda yanğın olub
Cəmiyyət 14:50
Sumqayıtda yanğın olub
DİM aprelin bugün orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib
Cəmiyyət 14:30
DİM aprelin bugün orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol