Sumqayıtda ticarət mərkəzindəki yanğın söndürülüb – Yenilənib

Sumqayıt şəhərində ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb”, – məlumatda qeyd olunub.
22:55
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Sumqayıt şəhərində ticarət mərkəzində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.Bu barədə FHN-dən bildirilib.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
Son xəbərlər
Daha çox 