• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir

Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
21.04.2025 10:08

Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir. Xəstəlik vərəqəsi e-sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq. Bu barədə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB birgə məlumat yayıb. 

 Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, tətbiq edilən innovativ yenilik olaraq, bu il mayın 1-dən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə “Sığortaolunanlar üçün xəstəlik vərəqələri” Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq.

Bundan sonra tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq edilərək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək. Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.

Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən ƏƏSMN ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib. Nəticədə işəgötürənlər bu e-bülletenləri ƏƏSM-in müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.

 “e-bülleten” sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına şərait yaradır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda anbar yanır - Yenilənib
Cəmiyyət 14:03
Bakıda anbar yanır - Yenilənib
Sabahın havası isti olacaq
Cəmiyyət 13:06
Sabahın havası isti olacaq
Çaylarda sululuq artıb
Cəmiyyət 11:40
Çaylarda sululuq artıb
Həftəsonu vətəndaşların kartından oğurlanan vəsaitin həcmi açıqlanıb
Cəmiyyət 10:57
Həftəsonu vətəndaşların kartından oğurlanan vəsaitin həcmi açıqlanıb
Deputat Qarabağ Universiteti ilə bağlı yeni təklif verib
Cəmiyyət 10:39
Deputat Qarabağ Universiteti ilə bağlı yeni təklif verib
Bu problem ən azı 2 il davam edəcək - İcra başçısından açıqlama
Cəmiyyət 10:23
Bu problem ən azı 2 il davam edəcək - İcra başçısından açıqlama
Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
Cəmiyyət 10:08
Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 09:35
Bu ərazilərdə qaz olmayacaq
Cinayət törətməkdə ittiham olunan şəxs saxlanılaraq Azərbaycana gətirilib
Cəmiyyət 09:07
Cinayət törətməkdə ittiham olunan şəxs saxlanılaraq Azərbaycana gətirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol