• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Son bir həftədə nə qədər ərazi minadan təmizlənib?

Son bir həftədə nə qədər ərazi minadan təmizlənib?
21.04.2025 15:14

Bir həftə ərzində işğaldan azad olunan ərazilərdə 60 piyada əleyhinə mina, 9 tank əleyhinə mina, 1072 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatında bildirilib.

Məlumata əsasən, 893.8 hektar ərazi minalardan təmizlənib.

Ötən il işğaldan azad edilmiş ərazilərdə 62 min hektar minadan təmizlənib. 

Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 18:22
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Lənkəranda çörək sexinin qanunsuz fəaliyyəti dayandırılıb
Cəmiyyət 18:10
Lənkəranda çörək sexinin qanunsuz fəaliyyəti dayandırılıb
Göygöldə 42 yaşlı şəxs dəm qazından boğularaq ölüb
Cəmiyyət 18:06
Göygöldə 42 yaşlı şəxs dəm qazından boğularaq ölüb
Sumqayıtda 19 nəfər zəhərlənib - Bakterial qida zəhərlənməsi
Cəmiyyət 17:33
Sumqayıtda 19 nəfər zəhərlənib - Bakterial qida zəhərlənməsi
Son bir həftədə nə qədər ərazi minadan təmizlənib?
Cəmiyyət 15:14
Son bir həftədə nə qədər ərazi minadan təmizlənib?
Üç ayda 8 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Cəmiyyət 14:39
Üç ayda 8 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
76 fermer sığorta üçün Fonda müraciət edib
Cəmiyyət 14:31
76 fermer sığorta üçün Fonda müraciət edib
Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub
Cəmiyyət 14:15
Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub
Bakıda anbar yanır - Yenilənib
Cəmiyyət 14:03
Bakıda anbar yanır - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol