• $ 1.7
  • € 1.9581
  • ₽ 0.020781
  • ₺ 0.0445
  • £ 2.2754

Birinci rübdə 20 milyondan çox tibbi xidmət göstərilib

Birinci rübdə 20 milyondan çox tibbi xidmət göstərilib
23.04.2025 10:32

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin ilk rübündə  ümumilikdə 5 milyon 753 min 877 müraciət qeydə alınıb.

TƏBİB-dən  verilən məlumata görə, müraciətlərdən 125 min 461-i stasionar, 5 milyon 628 min 416-sı isə ambulator olub.

Məlumata əsasən, yanvar-mart aylarında göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub.

Belə ki, sözügedən müddət ərzində 20 milyon 119 min 326 (2 814 424 stasionar, 17 304 902 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2024-cü illə müqayisədə isə 7 faiz artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk rüb ərzində 8 milyon 463 min 233 sayda laborator müayinələr aparılıb ki, onların da 1 milyon 347 min 413-u stasionar, 7 milyon 115 min 820-si ambulator olub.

Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 9 faiz artım qeydə alınıb.

Yanvar-martda 83 min 90 cərrahi əməliyyat və prosedur (78 min 281 stasionar, 4 809 ambulator olmaqla) icra olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Melissa Group”un rəhbərinin həbs müddəti uzadılıb
Cəmiyyət 15:13
“Melissa Group”un rəhbərinin həbs müddəti uzadılıb
Bu gün bazarlarda tələblərə cavab verməyən kombilər satılır - Deputat
Cəmiyyət 14:50
Bu gün bazarlarda tələblərə cavab verməyən kombilər satılır - Deputat
Fərdi evlərin sonradan tikilməsi qazanxanaların bərpasına maneə yaradır - İlham Mirzəyev
Cəmiyyət 14:38
Fərdi evlərin sonradan tikilməsi qazanxanaların bərpasına maneə yaradır - İlham Mirzəyev
Azərbaycanda yeni tikilən binalar üçün vahid istilik şəbəkəsi məcburi olacaq
Cəmiyyət 14:20
Azərbaycanda yeni tikilən binalar üçün vahid istilik şəbəkəsi məcburi olacaq

Gəncədə 2 şagird arasında mübahisə düşüb, xəsarət alan var
Cəmiyyət 13:53
Gəncədə 2 şagird arasında mübahisə düşüb, xəsarət alan var
Məhkəmə “Melissa Group”un əməkdaşı barədə qərar verib
Cəmiyyət 13:49
Məhkəmə “Melissa Group”un əməkdaşı barədə qərar verib
8 potensial qadın fermer tapıb ortaya çıxara bilmirik - Gülbəniz Qənbərova
Cəmiyyət 13:07
8 potensial qadın fermer tapıb ortaya çıxara bilmirik - Gülbəniz Qənbərova
Bakıya yağış yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 12:14
Bakıya yağış yağacaq -XƏBƏRDARLIQ
Masallıda doğuş zamanı ana ölümü baş verib
Cəmiyyət 12:01
Masallıda doğuş zamanı ana ölümü baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol