Bu ilin birinci rübündə aqrar sektorda 1,9%-lik artım olub - Nazir müavini

2025-ci ilin birinci rübündə aqrar sektorda ötən ilin eyni dövrü ilə müqayisədə 1,9%-lik artım olub. Bunu Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
"Kənd təsərrüfatı sahəsində artım ixrac yönümlü məhsulların hesabına olub. Son beş ildə 30 min hektardan artıq yeni meyvə bağları salınıb. Su təminatının yaxşılaşdırılması üçün müasir suvarma sistemlərinin satışına 40% güzəşt tətbiq edilib. Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığa töhvə verib. 100 min hektardan ərazidə müasir suvarma sistemi qurulub", - nazir müavini aprelin 23-də Milli Məclisinin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmə çıxışı zamanı deyib.
Gülnar Nazimqızı