• $ 1.7
  • € 1.9604
  • ₽ 0.021022
  • ₺ 0.0444
  • £ 2.2786

Azərbaycanda yeni tikilən binalar üçün vahid istilik şəbəkəsi məcburi olacaq

Azərbaycanda yeni tikilən binalar üçün vahid istilik şəbəkəsi məcburi olacaq
23.04.2025 14:20

“İstilik təchizatı haqqında” yeni qanun qüvvəyə mindikdən sonra tikilən çoxmənzilli yaşayış binaları layihələrində binaya aid olan bütün mənzillərin vahid bir istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulmalıdır.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, çoxmənzilli yaşayış binaların layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda yol verilir. Halların mövcudluğuna hər bir bina üzrə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılır.

Layihəyə əsasən, tikinti obyektlərinin şəbəkəyə qoşulması şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçiriləcək.

Tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə güc alması texniki şərtlər əsasında təmin olunacaq. Tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə güc alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların şəbəkəyə qoşulması bu qanunda nəzərdə tutulmuş qaydalarla tənzimlənəcək. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin şəbəkəyə qoşulması qadağandır.

Çoxmənzilli yaşayış binalarının şəbəkəyə qoşulması (bu Qanun qüvvəyə minənədək tikilmiş yaşayış binalarına münasibətdə) və ya həmin şəbəkədən ayrılması yalnız binanın mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə) və ya onları təmsil edən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilatın paylayıcıya yazılı müraciəti əsasında həyata keçiriləcək.

Bu Qanun qüvvəyə mindikdən sonra şəbəkəyə qoşulan və şəbəkə vasitəsilə istilik təchizatı təmin edilən çoxmənzilli yaşayış binalarında ayrı-ayrı mənzillər üzrə təbii qaz ilə qidalanan fərdi istilik sistemlərinin quraşdırılmasına və istismarına yol verilməyəcək.

Mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin məcburi hala gətirilməsi bu sahədə ciddi dəyişikliyə səbəb olacaq və nəticədə enerji resurslarına qənaət edilməsi, ətraf mühitə atılan emissiyaların azaldılması təmin ediləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslərin Məkkəyə girişi qadağan edilib
Cəmiyyət 18:49
Bu şəxslərin Məkkəyə girişi qadağan edilib
Allahşükür Paşazadə İspaniyaya səfər edəcək
Cəmiyyət 18:41
Allahşükür Paşazadə İspaniyaya səfər edəcək
DİN avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:52
DİN avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq edib
Sabah bəzi qəsəbələrdə qaz olmayacaq
Cəmiyyət 17:35
Sabah bəzi qəsəbələrdə qaz olmayacaq
BŞİH Milli Şuranın mitinq keçirməsini məqsədəuyğun hesab etməyib
Cəmiyyət 17:21
BŞİH Milli Şuranın mitinq keçirməsini məqsədəuyğun hesab etməyib
Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb, ölkəyə gətirilir
Cəmiyyət 17:04
Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb, ölkəyə gətirilir
Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı monitorinq aparır
Cəmiyyət 16:53
Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı monitorinq aparır
Növbəti iki gündə bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:38
Növbəti iki gündə bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
“Melissa Group”un rəhbərinin həbs müddəti uzadılıb
Cəmiyyət 15:13
“Melissa Group”un rəhbərinin həbs müddəti uzadılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol