• $ 1.7
  • € 1.9335
  • ₽ 0.020591
  • ₺ 0.0442
  • £ 2.2638

Azərbaycanda Çin dilinin tədris olunması müzakirə olunur - Nazirlik/Gözləntilər

Azərbaycanda Çin dilinin tədris olunması müzakirə olunur - Nazirlik/Gözləntilər
24.04.2025 12:53

 Azərbaycanda Çin dilinin tədris olunması müzakirə olunur.  Bunu Elm və Təhsil Nazirliyi anews.az-ın sorğusuna cavab olaraq bildirib.

"Hazırda bu məsələ müzakirə olunur. Müvafiq qərar qəbul edildikdə ictimaiyyətə məlumat veriləcək",- sorğuda qeyd olunub.

Bir neçə gün öncə Prezident İlham Əliyevin Çinə səfəri zamanı bir çox sahələrdə, eləcə də elm və texnologiyalar sahəsində əməkdaşlıq haqqında sənədlər imzalanıb. 

Tərəflər tələbə mübadiləsinin davam etdirilməsi, Azərbaycanda Konfutsi İnstitutlarının inkişafı və hər iki ölkədə Azərbaycan və Çin dillərinin tədrisinin təşviqi barədə razılığa gəliblər.

Protokolda Azərbaycan və Çin arasında təhsil və elm sahəsində əməkdaşlıqda birgə universitetlərin yaradılması, müəllim və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi də  nəzərdə tutulub.

Milli məclisin deputatı Ceyhun Bayramov  hesab edir ki, Çin və Azərbaycanın birgə universitet yaratması, Çin dilinin tədris olunması olduqca önəmli bir məsələdir.

"Çin sürətlə inkişaf edir və gələcəkdə super gücə malik dövlət olacaq. Bu ölkə son illədə təhsil sahəsində çox böyük naliyyətlərə sahibl olub. Çoxlu sayda mütəxəssisi xaricə göndərərək onların təhsil almasına şərait yaradıb. Bu gün həmin insanlar öz ölkələrində də təhsilin inkişafına töhfə verirlər. Çinin təhsil sahəsində çox böyük uğurları var. Çin eyni zamanda böyük iqtisadi gücdür. Əvvəllər insanların böyük qismi ingilis dilini öyrənməyə can atırdılar. Ancaq bundan sonra  Çin dilini öyrənməyə səy göstərəcəklər. Artıq bəzi Azərbaycan universitetlərində Çin dili tədris olunur. Bunun həyata keçirilməsi önəmlidir. Azərbaycan-Çin birgə universitetinin yaradılması, Çin dilinin tədris olunması olduqca önəmli bir faktordur",- deputat vurğulayıb.

Təhsil eksperti Elmin Nuri bildirir ki, Çin təkcə iqtisadi yox, həm də elm, təhsil və texnologiya istiqamətində dünyanın super güclərindən birinə çevrilib.

"Çinin dünya texnologiya bazarındakı mövqeyi möhkəmləndikcə onun iqtisadiyyat, elm-təhsil istiqamətlərindəki liderlik mövqeyi da artacaq. Sırf bu səbəbdən qarşıdakı illərdə Çin dili daha da aktuallaşacaq. Dünyanın gələcək düzənini müəyyən edəcək texnoloji inkişaf və onun diktə etdiyi texnoloji təhsil dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da Çin dilinə olan tələbatı xeyli artıracaq. Çin dili kurslarının, Çin dilini tədris edən mərkəzlərin bu səbəbdən getcikdə artacağına qəti şübhə qalmır. Doğrudur, bu istiqamətdəki kadr bazamız, öyrəcidi insanlarımız o qədər də çox deyil. Amma çinli tələbələrin, eləcə də Azərbaycan dilini müəyyən dərəcədə bilən digər Çin vətəndaşlarının bu işdə canla-başla iştirak edəcəkləri şübhəsizdir. Hətta avtomobil bazarında, maşın sənayesində, cihaz mühəndisliyində olan bir çox soydaşlarımız belə artıq indidən Çin dilinin onlar üçün nə dərəcədə vacib olduqlarını bildirir, bəziləri yavaş-yavaş öyrənməyə başladıqlarını da qeyd edirlər",- eskpert vurğulayıb.

Ekspert əlavə edib ki, ölkədə istifadə olunan bir çox Çin istehsalı maşınları təmir edən ustalar belə internet vasitəsilə Çin dilində müəyyən sözləri öyrənib, bunu işlərində tətbiq edirlər.

Elm və Təhsil Nazirlindən anewz.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan Çin vətəndaşlarınının ümumi sayı 117 nəfər təşkil edir.
 

"Sözügedən tələbələrdən 85-i təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə (Hökumətlərarası Təqaüd Proqramı – HTP) uyğun müəyyənləşdirilmiş kvota əsasında təhsil alırlar. 2024/2025-ci tədris ilində  121 nəfər Azərbaycan vətəndaşı Çində  təhsil alır. Onlardan 86 nəfəri HTP çərçivəsində oxuyurlar", məlumatda qeyd olunub.

Hazırda Çin və Azərbaycan arasında  tədris proqramları mövcuddur. Hər iki ölkə müəllim mübadiləsi proqramları həyata keçirilir. Çində Azərbaycan dili və mədəniyyəti, Azərbaycanda isə Çin dili və mədəniyyəti üzrə tədris proqramları var. 

2025-ci ilin aprelində Azərbaycan və Çin arasında qarşılıqlı viza tələbinin ləğvi haqqında saziş imzalanıb. 

Aytac Zeynalova

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Naxçıvanda küləklə bağlı sarı xəbərdarlıq edilib
Cəmiyyət 22:25
Naxçıvanda küləklə bağlı sarı xəbərdarlıq edilib
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Cəmiyyət 20:29
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Bakıda restoranda baş vermiş yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:41
Bakıda restoranda baş vermiş yanğın söndürülüb - Yenilənib
Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik edilib
Cəmiyyət 19:36
Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik edilib
Bakıda bu avtobusun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 19:14
Bakıda bu avtobusun hərəkət sxemi dəyişdirilir
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” yaradılıb
Cəmiyyət 18:48
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” yaradılıb
Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edir
Cəmiyyət 18:36
Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edir
Mayın 1-dən ibtidai siniflərdə yaz tətili başlayır
Cəmiyyət 18:28
Mayın 1-dən ibtidai siniflərdə yaz tətili başlayır
Rusiyada əsirlikdə olan jurnalistin daxili orqanları çıxarılıb
Cəmiyyət 16:37
Rusiyada əsirlikdə olan jurnalistin daxili orqanları çıxarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol