• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”dan Ümumdünya Kitab Gününə dəstək

“Nar”dan Ümumdünya Kitab Gününə dəstək
24.04.2025 13:29

Sərfəli xidmətləri ilə yanaşı, sosial layihələrə verdiyi önəmlə seçilən “Nar” gənclər arasında kitab oxuma vərdişlərinin təşviqinə yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirir. Mobil operatorun Ümumdünya Kitab və Müəlliflik Hüququ Günündə “Ədibin Evi”ndə keçirilən “Kitab necə ərsəyə gəlir?” mövzusundakı müzakirələrə dəstəyi də mütaliəyə marağın artırılması və ədəbiyyatla bağlı fəal dialoqun qurulması baxımından əhəmiyyətli olub.


23 aprel tarixində baş tutan görüşdə yazıçı Aqşin Yenisey və ədəbiyyatşünas Qismət Rüstəmov gənc yazarlarla bir araya gəlib. Aqşin Yenisey hazırda üzərində işlədiyi neft mövzusuna həsr olunan kitab barədə ətraflı məlumat verib, onun yazılma prosesi, mövzu seçimi və məqsədi haqqında gənc yazarlarla fikir mübadiləsi aparıb. Qismət Rüstəmov isə müasir ədəbiyyatın gənclərlə ünsiyyətdəki rolu və aktual tendensiyalar barədə çıxış edib.


“Nar” bu təşəbbüslə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gənclərin
maariflənməsinə, eləcə də ölkədə mütaliə mədəniyyətinin inkişafına töhfə verib. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında buradan məlumat əldə edə bilərsiniz.


Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə
Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət
təqdim edir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol