İsmayıllıda 3 bal gücündə zəlzələ olub

Xınalıq stansiyasından 22 km cənub-şərqdə, İsmayıllıda zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ yerli vaxtla saat 14:12-də baş verib. Zəlzələnin dərinliyi 5 km, maqnitudası 3 bal olub.