• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı

“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı
25.04.2025 19:01

“Azercell”, Elm və Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azercell Cup 2025” proqramlaşdırma müsabiqəsinin ilk seçim turu uğurla başa çatıb.

Onlayn formatda keçirilən ilk mərhələdə 4000-ə yaxın 6-7-ci sinif şagirdi iştirak edib. Bunlardan 216-sı növbəti mərhələyə keçid hüququ qazanıb.

Seçim mərhələsinin nəticələri ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: //azercellcup.org/competition/115/leaderboard

Müsabiqənin ikinci mərhələsi may ayının 3-ü, final isə iyun ayının 7-si baş tutacaq. Ən yüksək nəticə göstərən 30 iştirakçı üçün bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş xüsusi təlimlər təşkil olunacaq. Təlimlərdə fərqlənən məktəblilər gələcəkdə informatika fənni üzrə milli komandanın üzvü olmaq və ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək imkanı əldə edəcəklər.

“Azercell Cup” müsabiqəsi 2021-ci ildən keçirilir və əsas məqsədi məktəblilərin rəqəmsal texnologiyalar, proqramlaşdırma, kompüter mühəndisliyi və informatika sahələrinə marağını artırmaq, onların elmi və şəxsi inkişafına töhfə verməkdir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol