Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Xəsarət alanlar var

Şamaxıda mikroavtobus qəzaya uğrayıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Hacıqədirli kəndi ərazisində baş verib.
“Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib.
Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb.
Xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.
Son xəbərlər
Daha çox 