• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
27.04.2025 14:26

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit və fasilələrlə yağıntılı keçəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bununla yanaşı, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə iki minik maşını toqquşub, xəsarət alan var
Cəmiyyət 23:56
Gəncədə iki minik maşını toqquşub, xəsarət alan var
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamına hazırlıqlar tamamlanıb
Cəmiyyət 22:50
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamına hazırlıqlar tamamlanıb
Gəncədə kütləvi dava olub, 3 nəfər bıçaqlanıb
Cəmiyyət 21:45
Gəncədə kütləvi dava olub, 3 nəfər bıçaqlanıb
Sabah Babək rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Cəmiyyət 20:53
Sabah Babək rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 19:10
Xəzər dənizində zəlzələ olub
Yevlaxda avtomobil dəmir maneəyə çırpılıb, xəsarət alan var
Cəmiyyət 18:29
Yevlaxda avtomobil dəmir maneəyə çırpılıb, xəsarət alan var
Külək Böyük Şor bulvarında attraksionu aşırıb
Cəmiyyət 17:50
Külək Böyük Şor bulvarında attraksionu aşırıb
7 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib
Cəmiyyət 16:12
7 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib
Kanadada avtomobil izdihamın üzərinə sürülüb, 9 nəfər ölüb - Yenilənib
Cəmiyyət 15:30
Kanadada avtomobil izdihamın üzərinə sürülüb, 9 nəfər ölüb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol