Sabah Babək rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Sabah Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.Bu barədə Naxçıvan Qaz İstismar Xidmətindən məlumat verilib.
Bildirilib ki, 159 mm və 50 mm borular korroziyaya uğradığı üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdirilməsi ilə əlaqədar rayonun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Aşağı Buzqov, Yuxarı Buzqov və Kərməçataq kəndlərində saat 09:00-dan qaz təchizatı dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.