• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

Son bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb

Son bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
28.04.2025 11:25

Bir həftə ərzində işğaldan azad olunan ərazilərdə 35 piyada əleyhinə mina, 36 tank əleyhinə mina, 574 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatında bildirilib.

Məlumata əsasən, 1925,4 hektar ərazi minalardan təmizlənib.

Ötən il işğaldan azad edilmiş ərazilərdə 62 min hektar minadan təmizlənib. 

Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır
Cəmiyyət 13:33
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır
Qazax sakini mina qurbanı olub
Cəmiyyət 13:15
Qazax sakini mina qurbanı olub
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:20
Sabahın havası açıqlanıb
Son bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Cəmiyyət 11:25
Son bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Prezident Qlobal Cənub QHT Platformasının iştirakçılarına müraciət edib
Cəmiyyət 10:24
Prezident Qlobal Cənub QHT Platformasının iştirakçılarına müraciət edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 09:42
Faktiki hava açıqlanıb
Xocalıya növbəti köç yola salınıb
Cəmiyyət 09:20
Xocalıya növbəti köç yola salınıb
Gəncədə iki minik maşını toqquşub, xəsarət alan var
Cəmiyyət 23:56
Gəncədə iki minik maşını toqquşub, xəsarət alan var
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamına hazırlıqlar tamamlanıb
Cəmiyyət 22:50
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamına hazırlıqlar tamamlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol