• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
03.05.2025 14:43

"Bakı Marafonu 2025" ilə əlaqədar mayın 4-də nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq, 27 sayda müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.Bu narədə AYNA-dan bildirilib.

Hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək avtobuslar:

⁃ 1 nömrəli marşrutun hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri;

⁃ 2 nömrəli marşrutun hərəkəti Təbriz küçəsi;

⁃ 4 və 10 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası olmaqla hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri ilə təşkil ediləcək.

⁃ 5, 88 və 88A nömrəli marşrutların son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi olacaq.

⁃ 21, 32, 46 və 120 nömrəli marşrutların son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi olmaqla fəaliyyətləri Ağ Şəhər - Babək prospekti;

⁃ 20, 72 və 120E nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası olmaqla fəaliyyətləri Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi ilə təşkil ediləcək.

⁃ 6 nömrəli marşrut “Azadlıq prospekti” metrostansiyası - Axundov bağı istiqamətində fəaliyyət göstərəcək.

⁃ 18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı);

⁃ 30 və 49 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası (Xocalı prospekti);

⁃ 53 nömrəli marşrutun son dayanacaq məntəqəsi “20-ci Sahə” dairəsi olacaq.

⁃ 61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Bülbül prospekti – Xaqani küçəsi;

⁃ 65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi ilə təşkil ediləcək.

⁃ 120A nömrəli marşrutun hərəkəti Şəfəq küçəsi ilə təşkil olunacaq.

⁃ 125 nömrəli marşrutun son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi;

⁃ 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası olmaqla fəaliyyətləri İpək yolu - Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.

⁃ 205 nömrəli marşrut İpək yolu - Mikayıl Müşfiq küçəsi istiqamətində fəaliyyət göstərəcək.

⁃ E1 nömrəli müntəzəm marşrutun fəaliyyəti İpək yolu, Mikayıl Müşfiq və Şəmsi Bədəlbəyli küçələri ilə təşkil olunacaq.

⁃ H1 nömrəli marşrutun Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkəti Xətai prospekti ilə təşkil ediləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol