"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

İnnovasiya və sürət lideri “Bakcell” mobil tətbiqində süni intellekt texnologiyasından
istifadə edərək, müştərilərə fərdiləşdirilmiş yeni təkliflər təqdim edib. Süni intellekt ilə
yaradılan həllər abunəçilərin zəng və internet istifadəsi ilə bağlı vərdişlərini nəzərə
alaraq, onlara uyğun kampaniya və tarif planlarını formalaşdırır.
Müştəri davranışlarının təhlili ilə yaradılan kampaniya və tarif planları bildiriş şəklində
istifadəçilərin nəzərinə çatdırılır. Bu yenilik sayəsində müştərilər vaxtlarına qənaət
edərək, yaradılmış xüsusi təkliflərdən faydalana bilirlər.
Fəaliyyəti çərçivəsində müştəri məmnuniyyətini öndə tutan “Bakcell” daim
istifadəçilərinin dəyişən ehtiyac və gözləntilərinə uyğun innovativ həllər təqdim edir.
Beləliklə, “Bakcell” müasir texnologiyalara əsaslanan məhsul və xidmətləri ilə
innovasiyanı gündəlik istifadəçi təcrübəsinin ayrılmaz hissəsinə çevirərək,
müştəriyönümlü inkişaf strategiyasını uğurla davam etdirir.
"Bakcell" haqqında
";Bakcell"Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda
"Bakcell"üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya
xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər
vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun
tərkibinə daxildir.
Son xəbərlər
Daha çox 