• $ 1.7
  • € 1.9274
  • ₽ 0.020529
  • ₺ 0.0441
  • £ 2.2603

Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb

Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
06.05.2025 20:04

Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə görüş keçirilib.Bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru, Müşahidə Şurasının üzvləri, televiziya kanallarının, informasiya agentliklərinin, bir sıra aparıcı çap və onlayn media subyektlərinin rəhbərləri iştirak ediblər.

Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində bu gün media Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. O medianın ictimai-siyasi və mədəni həyatdakı yerinə, mədəniyyətin, maarifçiliyin inkişafında roluna diqqət çəkərək bundan sonrakı mərhələdə də eyni funksiyaları yeni dövrün tələblərinə uyğun qurmalı olduğunu qeyd edib, rəqəmsal transformasiya şəraitində informasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb, dövlət-media münasibətləri, medianın aktual məsələləri barədə fikirlərini bölüşüb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə Agentliyin fəaliyyət istiqamətlərindən, həyata keçirilən tədbirlərdən, media sahəsində aparılan islahatların nəticələrindən və sahənin inkişaf perspektivlərindən danışıb.

Müzakirələr zamanı qeyd olunub ki, Milli Mətbuatın 150 illiyi çərçivəsində müxtəlif beynəlxalq və yerli səviyyəli tədbirlərin təşkili, tanınmış xarici media subyektlərinin tərəfdaşlığı ilə inkişaf proqramlarının həyata keçirilməsi, habelə Azərbaycan mətbuatının tarixini və bu gününü təcəssüm etdirən, bu istiqamətdə cəmiyyətin məlumatlandırılmasına yönəlmiş digər layihələrin icrası planlaşdırılır.

Görüş zamanı media rəhbərlərinin təklifləri dinlənilib, media sahəsinin gələcək inkişafı və müasir çağırışlar barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazidə elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:28
Bu ərazidə elektrik enerjisinin verilişində fasilə yaranacaq
Sabah bu rayonda qaz olmayacaq
Cəmiyyət 20:58
Sabah bu rayonda qaz olmayacaq
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
Cəmiyyət 20:04
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirilib
Cəmiyyət 19:20
MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirilib
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
Cəmiyyət 18:30
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
Bakıda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:27
Bakıda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
Cəmiyyət 16:40
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
Azərbaycanda astma xəstələrinin sayı açıqlanıb
Cəmiyyət 15:50
Azərbaycanda astma xəstələrinin sayı açıqlanıb
Türkmənistandan idxal edilən pomidora qadağa qoyulub
Cəmiyyət 15:25
Türkmənistandan idxal edilən pomidora qadağa qoyulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol