İctimai fəal Əhməd Məmmədli saxlanılıb

İctimai fəal Əhməd Məmmədli mayın 6-da axşam saatlarında saxlanılıb. Bu barədə onun yaxınları sosial şəbəkə hesablarında bildirib.
Yaxınlarının məlumatına görə, Əhməd Məmmədli Binəqədi Rayon Polis İdarəsinin polisləri tərəfindən saxlanılıb:
“Kiməsə ağır xəsarət yetirdiyi iddia olunur. Özü isə döyüldüyünü və vəziyyətinin çox pis olduğunu bildirib”, qeyd olunub.
İctimai fəala 2024-cü ilin yanvarından etibarən ölkədən çıxış qadağası qoyulub.
Əməd Məmmədli daha əvəl Demokratiya 1918 (D18) hərəkatının sədri olub.
2022-ci ildə Məmmədli Azərbaycanda İnzibati Xətalar Məcəlləsinin 535.1-ci(yəni polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq ) maddəsilə 30 sutka müddətinə həbs edilmişdi.
Aytac
Son xəbərlər
Daha çox 