AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib

Bakı-Moskva-Bakı reysi üzrə uçuşlar bərpa edilib.Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
“Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir”, - məlumatda bildirilib.