• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Altmış zəvvara qarşı dələduzluq etməkdə şübhəli bilinən şirkətin qadın rəhbəri həbs edilib

Altmış zəvvara qarşı dələduzluq etməkdə şübhəli bilinən şirkətin qadın rəhbəri həbs edilib
13.05.2025 13:26

Turizm sahəsində çalışan Leyla İbrahimovanın törətdiyi dələduzluq cinayətlərinə görə həbsi ilə bağlı iddialara aydınlıq gətirilib.  

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov  bildirib ki, sosial şəbəkələrdə L.İbrahimovanın həbsi ilə bağlı barəsində şəxsi mülahizələrə əsaslanan iddialar onun törətdiyi cinayət əməlləri ilə uzlaşmır, 60 nəfər zərərçəkmiş var və onların hər biri vurulan maddi zərərin geri qaytarılmasını tələb edir.

Əvvəllər 6 nəfərə qarşı törətdiyi dələduzluq əməllərinə görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş İbrahimova Leyla Rahib qızı özünü turizm xidməti göstərən "Romance Travel" şirkətinin rəhbəri kimi təqdim edib 51 nəfər zəvvarın ziyarətə getmələri üçün 8880, Amerikaya və digər ölkələrə səyahət üçün, eləcə də viza işlərinin təşkilinə görə ayrı-ayrı şəxslərdən 5600,  2120, 1797, 6000, 2202, 3500, 2780, 5858 manat pulu alıb verdiyi vədlərə əməl etməyərək ümumilikdə 38737 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir. 

Vətəndaşların şikayətləri əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılaraq L.İbrahimova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 


Hazırda cinayət işi üzrə onun barəsində ibtidai istintaq davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 19:24
Bu ərazidə qaz olmayacaq
Nazirdən yeni təyinat
Cəmiyyət 19:07
Nazirdən yeni təyinat
“Match TV”nin yayımının dayandırılmasının səbəbi Açıqlandı
Cəmiyyət 18:29
“Match TV”nin yayımının dayandırılmasının səbəbi Açıqlandı
Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:42
Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Mayda müşahidə olunan hava açıqlanıb
Cəmiyyət 17:28
Mayda müşahidə olunan hava açıqlanıb
Sahibkarlar Xankəndində yaşayış binaları tikə biləcək
Cəmiyyət 15:59
Sahibkarlar Xankəndində yaşayış binaları tikə biləcək
İyunun 5-i iş günü bir saat qıısaldıalcaq
Cəmiyyət 15:54
İyunun 5-i iş günü bir saat qıısaldıalcaq
"Toplum TV" işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Cəmiyyət 15:14
"Toplum TV" işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Növbəti ildən “Qarabağ Təqaüd Proqramı”üzrə ən az 350 tələbəyə təqaüd ayrılacaq
Cəmiyyət 14:57
Növbəti ildən “Qarabağ Təqaüd Proqramı”üzrə ən az 350 tələbəyə təqaüd ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol