• $ 1.7
  • € 1.9087
  • ₽ 0.020606
  • ₺ 0.0439
  • £ 2.2585

Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub
13.05.2025 15:56

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib. Bu barədə DİM-dən məlumat verilib.

İmtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 20549 bakalavrdan 697 nəfəri imtahana gəlməyib.

İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda ilin ilk rübündə yanğınlarda ölənlərin sayı açıqlanıb
Cəmiyyət 20:16
Azərbaycanda ilin ilk rübündə yanğınlarda ölənlərin sayı açıqlanıb
Gəncədə ev yanıb - Video
Cəmiyyət 20:07
Gəncədə ev yanıb - Video
Bakı-Ağstafa-Bakı qatarı heyvan sürüsü ilətoqquşub
Cəmiyyət 19:51
Bakı-Ağstafa-Bakı qatarı heyvan sürüsü ilətoqquşub
AZCON-da iki təyinat olub
Cəmiyyət 19:37
AZCON-da iki təyinat olub
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Cəmiyyət 18:54
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda tutularaq Türkmənistana ekstradisiya edilib
Cəmiyyət 18:24
Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda tutularaq Türkmənistana ekstradisiya edilib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:06
Sabah bu ərazilərdə qaz olmayacaq
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
Cəmiyyət 17:45
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
SSRİ bayrağına görə kreslosunu itirdi
Cəmiyyət 17:42
SSRİ bayrağına görə kreslosunu itirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol