AZCON-da iki təyinat olub

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) 2 yeni təyinat olub.Bu barədə AZCON-dan məlumat verilib.
Bildirilir ki, Orxan Madar oğlu Quliyev AZCON-da baş texnologiya və rəqəmsallaşma inzibatçısı - Rəqəmsal transformasiya departamentinin direktoru, Emil Alıxan oğlu Pənahov isə baş təchizat zənciri inzibatçısı - Təchizat zəncirinin idarəolunması departamentinin direktoru vəzifəsinə təyin edilib.
Orxan Quliyev 10 fevral 2024-cü ildən son təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.
Emil Pənahov bu təyinatadək, 2022-2025-ci illərdə, “Azərbaycan Dəmir Yolları” QSC-nin Təchizat departamentinin müdiri vəzifəsində çalışıb.
Son xəbərlər
Daha çox 