4 ayda əsas kapitala qoyulan investisiyanın həcmi azalıb

2025-cü ilin dörd ayında ölkədə əsas kapitala 5069,3 milyon manat qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% azdır. Bu barədə Dövlət Statistika Koməsindən bildirilib.
Dörd ayda neft-qaz sektoruna investisiyaların həcmi 22,7% azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 5,3 % artıb.
Əsas kapitala qoyulan vəsaitin 74,4% daxili investisiyalar təşkil edib.
Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzura 12 milyarda yaxın vəsait xərclənib. 2026-ci ilə qədər bu vəsaitin 32 milyarda çatması gözlənilir.
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 