• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Bağçaların əlçatanlığı artır, amma növbə sayı hələ də 32 mindir – MÜSAHİBƏ

Bağçaların əlçatanlığı artır, amma növbə sayı hələ də 32 mindir – MÜSAHİBƏ
29.05.2025 10:38

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin əlçatanlığı 16%-dən 38%-ə yüksəldiyi halda, uşaq bağçalarına qəbulda növbədə gözləyənlərin sayı hələ də yüksək olaraq qalır. Bu barədə Anews.az-a məlumat verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəsmisi İlahə Rəsulovanın sözlərinə görə, hazırda 32 minə yaxın aktiv gözləmə növbəsı var.

Onun bildirdiyinə görə, bu rəqəm bir valideynin bir neçə bağçaya eyni anda müraciət etməsi səbəbilə daha da şişirdilmiş görünə bilər, lakin problem hələ də aktualdır.

"Bir valideynin 3 bağçada gözləmə növbəsində iştirak etmək hüququ var. Hazırda 32 min gözləmə növbəsi var. Bu o demək deyil ki, 32 min valideyn növbədə gözləyir. Bir valideyinin təxmini 3 gözləməsini nəzərə alsaq bu say 10 min valideyn deməkdir. 32 min növbənin 14 mini Bakının, yerdə qalan hissəsi isə bölgələrin payına düşür", - o bildirib. 

Ölkə üzrə 1669 uşaq bağçası var. Bu bağçalarda təxminən 119.373 uşaq tərbiyə ala bilər.  Hazırda qeydiyyatda olan uşaqların sayı 106 minə yaxındır. Ən az baxça sayı Naxçıvan Muxtar Respublikasındadır. 

"Hazırda Naxçıvan üzrə 20 bağça fəaliyyət göstərir. Ən çox Bağça isə Bakıdadır. Saylar ərazilərə görə dəyişir. İndi Qarabağda da yeni bağçaların açılması istiqamətində işlər aparılır. Yaxın zamanlarda Cəbrayılda 1 saylı bağçanın açılması nəzərdə tutulur.Uşaq bağçalarında uyğun ali və ya orta təhsili olan şəxslər tərbiyəçi-müəllim kimi çalışa bilərlər. Direktor vəzifəsini icra etmək üçün isə namizədn mütləq ali pedaqoji təhsilli olmalıdır. Əlavə olaraq Qarabağa yaxın rayonlarda yaşayan şəxslər də məktəbəqədər təhsil müəssisələrində işləmək üçün müraciət edirlər", - Rəsulova əlavə edib. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin son statistikasına görə, hazırda işğaldan azad olan bölgələrdə    6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bağçalarda 209 uşaq təlim-tədris prosesinə cəlb olunub. 

Azərbaycanda uşaq bağçalarının əlçatanlığı 16%-dən 38%-ə çatdırılıb.

"Son rəqəmlərə görə məktəbəqədər təhsilin əhatəliliyi  38.2% çatıb. Bir neçə il bundan əvvəl bu göstərici 16% idi. 2026-ci ilə qədər bu rəqəmi 50%-ə çatdırmaq  əsas hədəflərimizdən biridir. Bu istiqamətdə ciddi işlər aparılır. Məsələn,  özəl-dövlət tərəfdaşlığı ilə bağlı qrant layihəsi çərçivəsində 1300-ə yaxın  uşaq bu layihədən yararlanıb. Belə ki, dövlət özəl bağça xidmətinin  250 manatını ödəyir, valideynlər isə qalan hissəni Bu bağçalar əsasən Bakıdadır. Summqayıtda, Biləsuvarda və Şirvandakı  özəl bağçalar da  bu layihəyə qoşulub.   Digər rayonlarda fəaliyyət göstərən bağçalardan müraciət daxil olmadığından layihənin yalnız adıçəkilən ərazilərdə tətbiqi mümkündür", - Rəsulova əlavə edib. 

900-ə yaxın mərkəzdə 18000  uşaq icma əsaslı qruplarda məktəbəqədər təhsilə cəlb olunub. 

"İcma əsaslı məktəbəqədər təhsilə cəlb olunma prosesi 2019-cu ildən fəaliyyətə başlayıb və bu prosesə 50 mərkəz üzrə 1000 uşaq cəlb edilib.. Hazırda bu layihədən 18 min uşaq yararlana bilir. Bununla yanaşı digər alternativ modellər vasitəsilə də uşaqlar təhsilə cəlb olunurlar", - Rəsulova qeyd edib. 

 

Ölkə ərazisində əsaslı təmirə ehtiyacı olan 390 bağça var. 

"Mövcud olan bağçalardan 420–nin təmirə ehtiyacı ilə bağlı məlumat toplanıb. Onlardan 390-nın əsaslı təmir olunmalıdır. Hazırda fəaliyyətsiz bağçaların siyahısı çıxarılır. Düşünürük ki, gələcəkdə bu bağçaların fəaliyyəti üçün sahibkarları cəlb edə bilərik. Başqa ölkələrdə sahibkarların prosesə cəlb olunması nümunələri var. Gələcəkdə bağçaların özəl sahibkarlarla əməkdaşlığı düşünülə bilər", - şöbə müdiri deyib.  

Bağçaların qidalanması ilə bağlı dəyişiliklər üzərində hazırda AQTİ işlər aparır.

"Biz bağçalarda qidaların təminatı ilə bağlı  AQTİ ilə əməkdaşlıq edirik. Burada Nazirlər Kabinetinin 103 saylı qərarı (bura qidanın kalorisi, enerjisi,uşaqlar hansı qidaları yeməlidir), 171 saylı qərarı ( prosesin təşkilini) nəzərdə tutur. 103 saylı qərar 1996-ci ilə aid olan sənəddir.. AQTİ ilə  3 ildir monitorinqlər istiqamətində əməkdaşlıq edirik. Onlar bağçalarda mətbəxdə olan qidanın keyfiyyəti necədir?, gigyenik qaydalar, qidalardan nümunələr götürülməsi üzərində işlər aparır. Eyni zamanda bu istiqamətdə təlimlər keçirir. Təklif edirik ki, təlimlərlə yanaşı maarifləndirməyə dair plakatlar da olsun", - Rəsulova qeyd edib. 

2023-cü ildən bu günə qədər 146 bağça direktoru işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Agentlik mütəmadi olaraq monitorinqlər təşkil etdiyini də açıqlayıb. 

Rəsulova bildirir ki, hazırda pilot layihə kimi 527 bağçada isti yeməklərin verilməsi təşkil olunur. 

"Bu bağçaların böyük hissəsi Bakıdadır. Siyahıya bir neçə rayonu daxil etmək olar. Layihənin monitorinqləri müsbət nəticə verdikcə onun əhatə dairəsi genişləndiriləcək. ", - o deyib. 

Bağçalara kamera qoyulması bahalı prosesdir...

"Bağça elə bir sahədir ki, ora hər kəs rahat formada girə bilməz. Müstəqil adamların monitorinq qruplarına cəlb olunması riskli, ciddi və həssas məsələdir. Bağçalara kamerlarla təchiz edilməsi istiqamətində müzakirələr aparılır. Amma bu proses biraz bahalı və resurs aparan məsələdir. Bağçalara getməyin fiziki vaxt itkisi hesabına başa gəldiyini nəzərə alsaq  bağçalara kameraların qoyulması yaxşı olar. Bunun üçün bağçaların tam internetlə təmin olunması da əsas məsələlərdəndir", - Rəsulova vurğulayıb. 


2023-cü ildən tərbiyəçi müəllimlərin test imtahanı və müsahibələri keçirilir. 

"Bağça müəllimləri müvafiq ixtisas üzrə orta ixtisas və ali təhsilli olmalıdır. Tərbiyəçi müəllimlər üçün test imtahanı və müsahibələr keçirilir. İndiyədək 598 nəfər yeni tərbiyəçi-müəllim təyinat alıb və fəaliyyət göstərir.  . Bağçaların tədrisin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə  də indiyə kimi Təhsildə Kefiyyət Təminat Agentliyi tərəfindən 150 bağçada monitorinq keçirilib. Bu il ərzində də 100 bağçada monitorinq keçirilməsi planlaşdırılıb", - şöbə müdiri əlavə edib. 

İstiqamət:6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Qeyd: Yazı Medianın İnkişafı Agnetliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

 

Gülnar Nazimqızı

N.Təbrizli

.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın meşə fındığı ixracı 49% artaraq 76 milyon dollara çatıb
Cəmiyyət 16:37
Azərbaycanın meşə fındığı ixracı 49% artaraq 76 milyon dollara çatıb
Bakı məktəbində direktorla bağlı iddialara araşdırma aparılacaq
Cəmiyyət 16:09
Bakı məktəbində direktorla bağlı iddialara araşdırma aparılacaq
MEDİA müsabiqə nəticələrini açıqlayıb
Cəmiyyət 15:55
MEDİA müsabiqə nəticələrini açıqlayıb
Avqustda bəzi yerlərdə havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ
Cəmiyyət 15:42
Avqustda bəzi yerlərdə havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ
Lənkəran-Lerik ərazisində zəlzələ qeydə alınıb
Cəmiyyət 14:26
Lənkəran-Lerik ərazisində zəlzələ qeydə alınıb
Subbakalavrlar təhsilalma formasını dəyişdirə bilməyəcək
Cəmiyyət 14:17
Subbakalavrlar təhsilalma formasını dəyişdirə bilməyəcək
BDYPİ valideynlərə çağırış edib
Cəmiyyət 13:38
BDYPİ valideynlərə çağırış edib
Avqustun 1-nə olan hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Avqustun 1-nə olan hava proqnozu açıqlanıb
DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb
Cəmiyyət 11:49
DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol