“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlandı

"Huma Quşu" təhsilə yardım fondu Azercell-in dəstəyi ilə həyata keçirdiyi “Qızların STEM-
də yüksəlişi” təqaüd proqramının qaliblərini açıqlayıb. Proqram çərçivəsində 10 tələbə qıza
təqaüd təqdim olunub.
Qeyd edək ki, layihə Azercell-in “Həyatı daha dolğun edirik: Qadınlara dəstək proqramı”
çərçivəsində qalib gəlmiş sosial təşəbbüslərdən biridir. Təqaüd proqramının ilkin
mərhələsində 5 tələbənin dəstəklənməsi nəzərdə tutulsa da, iştirakçıların yüksək bilik və
potensialı nəzərə alınaraq “Huma Quşu” Fondu tərəfindən əlavə 5 tələbəyə də təqaüd
ayrılıb. Layihənin əsas məqsədi informasiya texnologiyaları və kommunikasiya sahələrində
təhsil alan gənc qızların bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların bu
istiqamətdə karyera imkanlarını genişləndirməkdir.
Qaliblərlə bağlı ətraflı məlumat üçün: //bit.ly/4kru7Ns
2022-ci ildən fəaliyyət göstərən “Huma Quşu” Təhsilə Yardım Fondu bu günədək 40-dan
çox tələbənin təhsilinə dəstək verib. Fond istedadlı gənclərin keyfiyyətli təhsilə çıxış
imkanlarını artırmağı hədəfləyir.
“Azercell Telekom” MMC təqaüd qazanan tələbələri təbrik edir, onlara təhsil və karyera
yollarında uğurlar arzulayır!
Son xəbərlər
Daha çox 