• $ 1.7
  • € 1.9014
  • ₽ 0.020971
  • ₺ 0.0437
  • £ 2.2609

Vətəndaşlara "Azərpoçt" adından saxta mesajlar göndərilir - ETX

Vətəndaşlara "Azərpoçt" adından saxta mesajlar göndərilir - ETX
20.05.2025 17:54

Elan platformalarında məhsul yerləşdirən vətəndaşlara müxtəlif nömrələr vasitəsilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC adından saxta mesajlar göndərilir və məhsulu almaq istəyi bildirilir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, dələduzlar məhsulun ödənişini həyata keçirmək bəhanəsi ilə vətəndaşlara saxta keçidlər göndərirlər. Həmin keçidlərə daxil olan istifadəçilərdən bank kartı məlumatları və digər şəxsi məlumatların daxil edilməsi tələb olunur. Bu yolla vətəndaşların maliyyə və fərdi məlumatları ələ keçirilməyə çalışılır.

ETX vətəndaşlara xəbərdarlıq edir ki, bu cür hallarla rastlaşdıqda ehtiyatlı olsunlar, hər hansı qurum adından göndərilən mesajlara dərhal inanmasınlar və məlumatı birbaşa həmin qurumun rəsmi kanalları vasitəsilə dəqiqləşdirsinlər.

Qurum vətəndaşlara şübhəli keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını naməlum mənbələrlə paylaşmamağı tövsiyə edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Prokurorluqdan 16 yaşlı qızın ölümü ilə bağlı - Rəsmi açıqlama
Cəmiyyət 20:39
Baş Prokurorluqdan 16 yaşlı qızın ölümü ilə bağlı - Rəsmi açıqlama
Sabah Bakının bu ərazisində işıq olmayacaq
Cəmiyyət 20:30
Sabah Bakının bu ərazisində işıq olmayacaq
Azərbaycan-İran birgə hərbi təlimləri davam edir
Cəmiyyət 20:05
Azərbaycan-İran birgə hərbi təlimləri davam edir
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Cəmiyyət 19:39
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Məhkəmə Tofiq Yaqublu barəsində qərar verib
Cəmiyyət 18:15
Məhkəmə Tofiq Yaqublu barəsində qərar verib
MİQ üçün elektron sənəd qəbuluna start verilir
Cəmiyyət 18:08
MİQ üçün elektron sənəd qəbuluna start verilir
Vətəndaşlara "Azərpoçt" adından saxta mesajlar göndərilir - ETX
Cəmiyyət 17:54
Vətəndaşlara "Azərpoçt" adından saxta mesajlar göndərilir - ETX
Şamaxıda 10 kiloqram qızıl talayıb bataqlıqda gizlənən dəstə saxlanılıb
Cəmiyyət 17:30
Şamaxıda 10 kiloqram qızıl talayıb bataqlıqda gizlənən dəstə saxlanılıb
Yelo Bank II Beynəlxalq Aqrar İnnovasiyalar Forumuna qatıldı
Cəmiyyət 17:23
Yelo Bank II Beynəlxalq Aqrar İnnovasiyalar Forumuna qatıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol