Keçən il uşaqlarla əlaqədar 816 zorakılığa dair müraciət daxil olub

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 2024-cü il ərzində 816 zorakılıq halı ilə bağlı müraciət daxil olub.
Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Bunların 237-i psixoloji, 343-ü fiziki, 19-u cinsi, 217-i etinasızlıqla bağlı olub.
Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 2024-cü il ərzində 816 zorakılıq halı ilə bağlı müraciət daxil olub.