Hüquqi maarifləndirmə ilə bağlı problemlərimiz var - Adil Vəliyev

Qəbul olunan qanunların icrasında hüquqi maarifləndirmə ilə bağlı problemlər var. Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
"Qohum evliliklərinin qadağan olunmasını qanuna saldıqdan sonra sürətlə qohumların evlilikləri faktlarını gördük. Qeyri rəsmi nigahalar da bu problem var. Faktlar o zaman bəlli olur ki, cinayət törədilsin. Sabirabbada 15 yaşında evlənib 16 yaşında qeyri rəsmi nigahın qurbanı olan qızın valideynləri deyir ki, ailədə hər şey olar. Əsas məsələ niyə o erkən yaşda evləndirilib sualını düşünə bilmirik. Şüurda dəyişiliklər olmalıdır. Hüquqi maarifləndirmə ilə bağlı problemimiz var. Əgər qanunlar tətbiqində özünü göstərməyəcəksə, həmin qanuna yenidən baxıb sərt cəzaların tətbiqinə ehtiyac var", - Vəliyev deyib.
Gülnar Nazimqızı