• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

Sabirabadda öldürülən qızın atası danışıb

Sabirabadda öldürülən qızın atası danışıb
21.05.2025 14:55

Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova qeyri-rəsmi nikahda yaşadığı Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb.

Baku.TV-yə müsahibə verən qızın atası bildirir ki, qızı işgəncə ilə öldürülüb.

“Mənim balamı zülümlə öldürüb. Aldadıb aparıb ödürüb. 5 gün bundan qabaq mən onu evdən çıxarmışam. Demişəm ki, “get, bir də bura dönmə, nə vaxt atan, anan bura gələcək, söz verəcək...Nə vaxt ki, toydan əvvəl gəlib söz vermişdilər, sinəsinə döymüşdü ki, “bu gəlin mənimdir, mən baxacam öz balam kimi”. Baxmadı ki... Getdim balamı gətirdim”.

Atası bildirib ki, qızının yaşı düşmədiyi üçün onların rəsmi nikahı olmayıb: 

“Qızımı qaçırdı. Həmin gecə evlərinə getdim qızı gətirmək üçün. Düşdülər ayağımıza dedilər ki, “ağır seyidik, bu bala mənim balamdır, narahat olmayın. Bu qızı buradan heç kim apara bilməz, aparan da xeyir tapa bilməz. Ona görə də susduq qaldıq, kişi söz verdi də, biz nə bilərdik ki, bu kişi deyilmiş. Mən onu özüm maşına mindirib aparmışdım. Məndən sonra gəlib qızımı aldadıb aparıb. 17-si qızımı öldürüb, dünən xəbəri gəlib. Onun valideyni bilirmiş. Gülə-gülə kürdən çıxardı meyiti”. 

Talıbzadə mayın 17-si birgə yaşadığı 16 yaşlı Nuranəni Kür sahilində qətlə yetirib. Səhəri gün cəsədi gətirərək çaya atıb. Hadisədən 3 gün sonra polisə gedərək əməlini etiraf edib və təslim olub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 20:49
Sabah bu ərazidə qaz olmayacaq
Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama
Cəmiyyət 20:47
Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
Cəmiyyət 19:55
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
Audiovizual Şura yayım şirkətini cərmələyib
Cəmiyyət 18:06
Audiovizual Şura yayım şirkətini cərmələyib
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr olub
Cəmiyyət 17:40
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr olub
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Cəmiyyət 17:24
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Qoyun otaran 20 yaşlı gənci ilan sancıb
Cəmiyyət 17:00
Qoyun otaran 20 yaşlı gənci ilan sancıb
Qadınları fotoları ilə şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 16:32
Qadınları fotoları ilə şantaj edən şəxs saxlanılıb
Ərdoğan İlham Əliyevi nəvəsi olması münasibətilə təbrik edib
Cəmiyyət 15:17
Ərdoğan İlham Əliyevi nəvəsi olması münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol