• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

Audiovizual Şura yayım şirkətini cərimələyib

Audiovizual Şura yayım şirkətini cərimələyib
21.05.2025 18:06

Audiovizual Şuranın tərtib etdiyi inzibati protokola xitam verilməsi qərarı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib, “Teleport” MMC cərimə olunub.Bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin sonlarından 2025-ci ilin mart ayınadək Audiovizual Şuranın mütəxəssisləri operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxış həyata keçirmiş, müvafiq monitorinq işləri aparıblar:

"Aparılmış monitoriqlər nəticəsində 20 platforma operatoru barədə inzibati xəta haqqında protokollar tərtib edilib və müvafiq məhkəmələrə göndərilib. Məhkəmələrin qərarlarına əsasən, həmin operatorların hərəsi 5 min manat cərimə olunub".

Yalnız Nəsimi Rayon Məhkəməsinin 12 mart tarixli qərarı ilə Audiovizual Şuranın “Teleport” MMC barədə tərtib etdiyi inzibati protokola xitam verilib:

"Bununla bağlı Audiovizual Şura Bakı Apellyasiya Məhkəməsinə şikayət verib və həmin məhkəmənin 24 aprel 2025-ci il qərarı ilə ilk instansiya məhkəməsinin qərarı ləğv edilərək “Teleport” MMC-nin 5 min manat cərimə edilməsi ilə bağlı qərar qəbul olunub. Qərar qətidir və ondan şikayət verilə bilməz".

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
Cəmiyyət 23:25
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Cəmiyyət 22:06
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 20:49
Sabah bu ərazidə qaz olmayacaq
Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama
Cəmiyyət 20:47
Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
Cəmiyyət 19:55
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
Audiovizual Şura yayım şirkətini cərimələyib
Cəmiyyət 18:06
Audiovizual Şura yayım şirkətini cərimələyib
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr olub
Cəmiyyət 17:40
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr olub
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Cəmiyyət 17:24
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Qoyun otaran 20 yaşlı gənci ilan sancıb
Cəmiyyət 17:00
Qoyun otaran 20 yaşlı gənci ilan sancıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol