• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub

"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
21.05.2025 19:55

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası - 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə təlimin planına uyğun olaraq iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı brifinq təqdim olunub.

Plana əsasən, paraşüt hazırlığı və axtarış-xilasetmə üzrə fəaliyyətlər uğurla icra olunub.

Təlimdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsi, onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılması, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.

Beynəlxalq axtarış-xilasetmə  təlimində Azərbaycanı Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
Cəmiyyət 23:25
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Cəmiyyət 22:06
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 20:49
Sabah bu ərazidə qaz olmayacaq
Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama
Cəmiyyət 20:47
Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
Cəmiyyət 19:55
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub
Audiovizual Şura yayım şirkətini cərimələyib
Cəmiyyət 18:06
Audiovizual Şura yayım şirkətini cərimələyib
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr olub
Cəmiyyət 17:40
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr olub
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Cəmiyyət 17:24
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Qoyun otaran 20 yaşlı gənci ilan sancıb
Cəmiyyət 17:00
Qoyun otaran 20 yaşlı gənci ilan sancıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol