• $ 1.7
  • € 1.9265
  • ₽ 0.021007
  • ₺ 0.0438
  • £ 2.2837

Azərbaycanda mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilib - SİYAHI

Azərbaycanda mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilib - SİYAHI
22.05.2025 16:03

Azərbaycanda etik və peşəkar standartların qorunması, mediasiyanın keyfiyyətinin və etibarlığının artırılması məqsədilə mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilib.

Bu, Prezident İlham Əliyevin “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiq etməsi ilə mümkün olub.

Dəyişikliklərə əsasən, din xadimləri, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğuna və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular mediator ola bilməzlər.

Siyahıya hüquq-mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna ( o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər də əlavə edilib. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Cəmiyyət 19:54
Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Siyəzəndə avtomobil aşıb, bir ailənin 4 üzvü xəsarət alıb
Cəmiyyət 19:50
Siyəzəndə avtomobil aşıb, bir ailənin 4 üzvü xəsarət alıb
Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxunub
Cəmiyyət 19:08
Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxunub
Naxçıvanda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirən şəxslər saxlanılıb
Cəmiyyət 18:55
Naxçıvanda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirən şəxslər saxlanılıb
500-ə yaxın musiqi müəllimi attestasiya imtahanından keçməyib
Cəmiyyət 18:54
500-ə yaxın musiqi müəllimi attestasiya imtahanından keçməyib
Qazaxda yük maşını qatarla toqquşub, xəsarət alan var
Cəmiyyət 18:19
Qazaxda yük maşını qatarla toqquşub, xəsarət alan var
İmtahandan qayıdan 12 yaşlı uşaq iki kişi tərəfindən zorakılığa məruz qalıb - Video
Cəmiyyət 17:41
İmtahandan qayıdan 12 yaşlı uşaq iki kişi tərəfindən zorakılığa məruz qalıb - Video
Qəbələnin bir kəndində qaz kəsiləcək
Cəmiyyət 17:34
Qəbələnin bir kəndində qaz kəsiləcək
Şeyxin səlahiyyətləri azaldılıb
Cəmiyyət 17:07
Şeyxin səlahiyyətləri azaldılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol