• $ 1.7
  • € 1.9122
  • ₽ 0.02128
  • ₺ 0.0435
  • £ 2.2849

Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüzivrəqəmsal transformasiyamövzusunda çıxış edib

Azercell-in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüzivrəqəmsal
transformasiyamövzusunda çıxış edib
22.05.2025 21:45

21–22 may tarixlərində GSMA-nın təşkilatçılığı ilə Daşkənddə keçirilən “M360 Eurasia
2025” forumu telekommunikasiya və texnologiya üzrə sənaye liderlərini bir araya gətirib.
Tədbir çərçivəsində regionda rəqəmsal inkişaf imkanlarının genişləndirilməsi, inklüziv
rəqəmsal transformasiyanın təşviqi, rəqəmsal infrastrukturun inkişafı, investisiya imkanları
və dayanıqlı tərəfdaşlıqların qurulması kimi aktual mövzular müzakirə olunub.


“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova Özbəkistanın Rəqəmsal
Texnologiyalar naziri cənab Şerzod Şermatov, GSMA-nın baş direktoru Vivek Badrinath və
Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) baş katibinin müavini Tomas Lamanauskas
kimi yüksək vəzifəli şəxslərlə yanaşı forumun açılış sessiyasında çıxış edib.
“Rəqəmsal transformasiya sərhəd tanımır. Bu yol ümumi vizyon, regional əməkdaşlıq və
birgə səylər tələb edir”, - deyə Zərinə Zeynalova bildirib. 


Z. Zeynalova Azercell-in son iki il ərzində Bakıda ev sahibliyi etdiyi “M360 Eurasia”nın
nəticələrinə toxunaraq formalaşmış texnoloji dinamikanın davam etdirilməsinin vacibliyini
vurğulayıb.
Daha sonra “Avrasiyanın rəqəmsal potensialı” mövzusuna həsr olunmuş panel
müzakirəsində iştirak edən Z. Zeynalova Azercell-in şəbəkə modernizasiyası üzrə
genişmiqyaslı layihəsini və Aztelekom-un “Onlayn Azərbaycan” təşəbbüsünü ölkənin
rəqəmsal transformasiyasını təşviq edən uğurlu nümunələr kimi təqdim edib.
Eyni zamanda, Z. Zeynalova dayanıqlı telekommunikasiya infrastrukturunun qurulması,
süni intellekt texnologiyalarının tətbiqi, yeni nəsil şəbəkələrin yaradılması və ən əsası insan
kapitalına yönəlmiş uzunmüddətli investisiyaların strateji əhəmiyyətini xüsusi olaraq qeyd
edib: “Məqsədimiz innovasiya və peşəkar insan resursları əsasında formalaşan gələcək
nəsil rəqəmsal ekosistemi qurmaqdır.” 


Forum çərçivəsində iştirakçılar sektorlararası əməkdaşlığın gücləndirilməsi, rəqəmsal
suverenliyin təmin olunması və regionun texnoloji liderlik potensialının artırılması

Classification: Public
istiqamətində fikir mübadiləsi aparıblar. “M360 Eurasia 2025” Avrasiyanın Asiya ilə Avropa
arasında strateji rəqəmsal körpü rolunu bir daha təsdiqləyib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədi rayonunda quru otluq sahədə yanğın baş verib - Video
Cəmiyyət 22:09
Binəqədi rayonunda quru otluq sahədə yanğın baş verib - Video
Füzuli Hüseynova töhmət verilib
Cəmiyyət 22:00
Füzuli Hüseynova töhmət verilib
Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Cəmiyyət 21:55
Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Tərtər sakini Ağdərədə minaya düşüb - Yenilənib
Cəmiyyət 20:26
Tərtər sakini Ağdərədə minaya düşüb - Yenilənib
Bakıda daha 3 narkokuryer saxlanılıb - Video
Cəmiyyət 19:17
Bakıda daha 3 narkokuryer saxlanılıb - Video
Təyyarədə tütün çəkməyə görə cərimə 5 dəfə artırılıb
Cəmiyyət 18:53
Təyyarədə tütün çəkməyə görə cərimə 5 dəfə artırılıb
Biləsuvarda yol qəzası olub,xəsarət alanlar var
Cəmiyyət 18:20
Biləsuvarda yol qəzası olub,xəsarət alanlar var
Fətəli xan Xoyski küçəsində 4 hərəkət zolağı olacaq
Cəmiyyət 18:05
Fətəli xan Xoyski küçəsində 4 hərəkət zolağı olacaq
Azərbaycanda icra olunmayan 1 milyon 200 min qərar var - Zahid Oruc
Cəmiyyət 17:27
Azərbaycanda icra olunmayan 1 milyon 200 min qərar var - Zahid Oruc
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol