• $ 1.7
  • € 1.926
  • ₽ 0.021283
  • ₺ 0.0438
  • £ 2.2826

Qobustanda iki maşın toqquşub, xəsarət alan var

Qobustanda iki maşın toqquşub, xəsarət alan var
24.05.2025 09:55

Qobustanda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Qobustan rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "FOTON" markalı yük avtomobili ilə “CHEVROLET” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və "FOTON" markalı yük avtomobili yolun kənarına aşaraq sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü - 1989-cu il təvəllüdlü Abdulkərimov Zirəddin Azər oğlunu xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır

Oxşar xəbərlər
Oxşar xəbərlər
Körpüdə çalışan fəhlə yıxılıb ölüb
Cəmiyyət 12:08
Körpüdə çalışan fəhlə yıxılıb ölüb
Vətəndaşların kart hesablarından nə qədər vəsait oğurlanıb?
Cəmiyyət 11:47
Vətəndaşların kart hesablarından nə qədər vəsait oğurlanıb?
Faktiki hava açıqlanıb - Bəzi bölgələrə leysan yağır
Cəmiyyət 11:31
Faktiki hava açıqlanıb - Bəzi bölgələrə leysan yağır
Axtarışda olan 153 nəfər saxlanılıb
Cəmiyyət 11:05
Axtarışda olan 153 nəfər saxlanılıb
Qobustanda iki maşın toqquşub, xəsarət alan var
Cəmiyyət 09:55
Qobustanda iki maşın toqquşub, xəsarət alan var
7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Cəmiyyət 09:38
7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
DİM buraxılış imtahanının nəticələrini açıqlayıb
Cəmiyyət 08:46
DİM buraxılış imtahanının nəticələrini açıqlayıb
Naxçıvanda "son zəng"lə bağlı direktorlara tapşırıqlar verilib
Cəmiyyət 23:00
Naxçıvanda "son zəng"lə bağlı direktorlara tapşırıqlar verilib
2 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Cəmiyyət 21:11
2 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol