• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

Qərbi Azərbaycan İcmasıİrəvan Qazılığı barədəbəyanat verib

Qərbi Azərbaycan İcmasıİrəvan Qazılığı barədəbəyanat verib
24.05.2025 15:39

Qərbi Azərbaycan İcması (QAİ) Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının mayın 22-də Bakıda keçirilmiş əlahiddə toplantısında İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, İrəvan Qazılığının Əsasnaməsinin təsdiq edilməsi və İrəvan qazısının seçilməsi barədə qəbul etdiyi qərarları alqışlayıb.

Bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub. 

Bəyanatda qeyd edilir ki, İrəvan şəhərindəki Göy Məscid istisna olmaqla, Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidin hamısı Ermənistan tərəfindən məhv edilib:

"Eyni zamanda, 500-dən artıq qəbiristanlıq dağıdılmış, azərbaycanlıların mədəni və dini irsi sistemli şəkildə yer üzündən silinib. Bu, beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır".

"İrəvan Qazılığının fəaliyyətinin bərpası dini etiqad azadlığının təmin edilməsi, Qərbi Azərbaycanda multikultural mühitin yenidən canlandırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətli bir addımdır:

Bu qərar, eyni zamanda, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışına xidmət edən mühüm bir inkişafdır. Qərbi Azərbaycan İcması olaraq, Ermənistan hökumətindən azərbaycanlıların Göy məsciddən sərbəst istifadəsinə şərait yaratmağı, dağıdılmış məscidləri və azərbaycanlılara məxsus digər mədəni abidələri bərpa etməyi və Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik".

İcma dünya dövlətlərini, BMT və digər beynəlxalq təşkilatları Ermənistanın törətdiyi haqsızlıqların aradan qaldırılması üçün bu ölkəyə təzyiq etməyə çağırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Erməni terrorçunun Xocavənddəki abidəsi sökülüb
Cəmiyyət 20:21
Erməni terrorçunun Xocavənddəki abidəsi sökülüb
Bakıda idman meydançasında meyit tapılıb
Cəmiyyət 19:00
Bakıda idman meydançasında meyit tapılıb
Hazırda2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir
Cəmiyyət 18:00
Hazırda2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir
Bank kartından pul oğurlayan qadın tutulub
Cəmiyyət 16:56
Bank kartından pul oğurlayan qadın tutulub
Qərbi Azərbaycan İcmasıİrəvan Qazılığı barədəbəyanat verib
Cəmiyyət 15:39
Qərbi Azərbaycan İcmasıİrəvan Qazılığı barədəbəyanat verib
Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
Cəmiyyət 14:58
Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
Şahin Bağırovdan yeni təyinat
Cəmiyyət 13:51
Şahin Bağırovdan yeni təyinat
Sabahın havası açıqlanıb
Cəmiyyət 13:13
Sabahın havası açıqlanıb
Kolbasa istehsalı azalıb
Cəmiyyət 12:50
Kolbasa istehsalı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol