"Səmada görüş" kitabının təqdimatı keçirildi

Yazıçı Sabina Nasifin “Səmada görüş” adlı kitabının təqdimatı bu gün Bakıda, Əli və Nino kitab mağazasında baş tutdu. Təqdimat mərasimində müəllifin oxucularla görüşü, imza saatı və rəsm sərgisi də təşkil olunub.
“Səmada görüş” gənc ana olan Sədanın daxili axtarışını və övladına yaxşı valideyn olmaq üçün çıxdığı mənəvi səyahəti təsvir edir. Kitab oxucunu təkcə bir ananın həyat hekayəsi ilə deyil, həm də insanın özünə doğru çıxmalı olduğu fəlsəfi yolçuluğa dəvət edir.
Əsər, ana sevgisinin və özünüdərkinin dərinliyini araşdıraraq, oxucunu belə bir sual üzərində düşünməyə vadar edir: “Əgər Allah bir ana olsaydı, dünya necə bir yer olardı?”
Kitabın üz qabığı da mövzu ilə səsləşir: göylərə uzanan körpü, açıq bir kitab və səmada uçan təyyarə motivləri insanın ruhi yüksəlişini və biliklə qurulan yolunu simvolizə edir.
Kitab hal-hazırda satışda olub, qiyməti 10 AZN-dir.
Son xəbərlər
Daha çox 