• $ 1.7
  • € 1.94
  • ₽ 0.021375
  • ₺ 0.0436
  • £ 2.3093

ADY Milli Mətbuatın 150 illiyi münasibətilə media müsabiqəsi elan edib

ADY Milli Mətbuatın 150 illiyi münasibətilə media müsabiqəsi elan edib
26.05.2025 10:32

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Mətbuat Şurası ilə birlikdə media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında Milli Mətbuatın 150 illiyi münasibətilə “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusunda araşdırma müsabiqəsi keçirir. Bu barədə qurumdan bildirilib.

Məlumata görə, müsabiqə üzrə istiqamətlər aşağıdakılardır:

1. Azərbaycan Dəmir Yollarının 145 illiyi: Tarixi araşdırma
2. Azərbaycanın geosiyasi mövqeyi: ADY-nin beynəlxalq dəhlizlərin inkişafında rolu
3. ADY-nin fəaliyyətində rəqəmsal həllərin tətbiqi

Yuxarıda sadalanan istiqamətlərə ayrı-ayrılıqda (konkret götürülməklə) və ümumi şəkildə (hər biri eyni müsabiqə materialında olmaqla) istinad edilə bilər.

Bildirilib ki, müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılacaq:

I yer
3 nəfər (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) – hər biri 1000 manat
3 nəfər (TV və radio) – hər biri 1000 manat

II yer
3 nəfər (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) – hər biri 700 manat
3 nəfər (TV və radio) – hər biri 700 manat

III yer
3 nəfər (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) – hər biri 500 manat
3 nəfər (TV və radio) – hər biri 500 manat

Məlumata görə, müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
- nəzərdə tutulan istiqamətləndirici mövzuların dolğun əhatə edilmə səviyyəsinə;
- analitik keyfiyyətlərə, faktların düzgün təhlilinə;
- faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
- ifadə vasitələrinin zənginliyinə;
- oxucu üçün məlumatlılıq dərəcəsinə;
- qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqəyə 26 may 2025-ci il tarixindən 1 iyul 2025-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq analitik yazılar, həmçinin telekanallarda efirə veriləcək videomateriallar, radiolarda səsləndiriləcək audiomateriallar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.

Müsabiqə materiallarında “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur” qeydi yer almalıdır.

Müsabiqə materialının yayımlandığı media subyekti media reyestrindən keçməlidir. Adı media reyestrində olmayan media subyektlərində yayımlanmış materiallar müsabiqə materialı kimi nəzərə alınmayacaq.

Müsabiqə materialının müəllifi konkret media subyektində çalışmalı və material onun çalışdığı media subyektində yayımlanmalıdır.

Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:
- müəllifin konkret media subyektində işləməsi və ya əməkdaşlıq etməsi barədə sənədin (vəsiqənin və ya media subyektindən arayışın) surəti;
- şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
- müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;
- materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
- diskdə materialın elektron forması (“Times New Roman” şriftində, müəllifin adı qeyd olunmaqla);
- yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.

Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.

Təqdimatda yer almalıdır:
- müsabiqə yazısı (“Word” faylında, imzasız);
müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);
- yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr;
- yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin KİV-də çalışdığını təsdiqləyən digər sənəd (PDF, JPG, yaxud “Word” faylında);
- yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) əlavə olunmalıdır.

Müsabiqəyə yazılar və multimedia materialları [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 26 may 2025-ci il tarixindən 1 iyul 2025-ci il tarixinədək, həftənin iş günləri saat 11:00-dan 17:00-dək Bakı şəhəri, Məmməd Araz, 4 ünvanında – Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə:
(+994 12) 441 35 96

Mobil/vatsap:
(+994 50) 242 09 91; (+994 55) 789 85 03

Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
Cəmiyyət 21:48
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı rəsmi - AÇIQLAMA
Cəmiyyət 20:01
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı rəsmi - AÇIQLAMA
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
Cəmiyyət 19:29
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Cəmiyyət 19:14
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Azərbaycanda qısa iş günüdür
Cəmiyyət 17:23
Azərbaycanda qısa iş günüdür
Müəllim 1-ci sinif şagirdinin ağzını skoçlayıb
Cəmiyyət 16:05
Müəllim 1-ci sinif şagirdinin ağzını skoçlayıb
Hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 15:56
Hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Prezident Qarabağda bərpa olunan şəhər və kəndlərin sayını açıqlayıb
Cəmiyyət 15:19
Prezident Qarabağda bərpa olunan şəhər və kəndlərin sayını açıqlayıb
Vətən müharibəsindən sonra bu qədər ərazi minadan təmizlənib
Cəmiyyət 13:53
Vətən müharibəsindən sonra bu qədər ərazi minadan təmizlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol