Həkimlərin altı ay işdən kənarlaşdırılması səhiyyə sistemində problemlər yaradacaq- DEPUTAT

Sertfikasiyadan keçməyən həkimlərin altı ay işdən kənarlaşdırılması səhiyyə sistemində problemlər yaradacaq. Bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.
“9% həkim sertfikasiyadan keçməyib. Bu bəs qədər böyük rəqəmdir. Bu məsələdə beynəlxalq təcrübənin yerli şəraitə uyğunlaşdırılması nəzərə alınmalıdır. Avropada həkimi işdən uzaqlaşdırmaq ən axırındı prosesdir. Dərinə gedəndə bizdə sanki həkimə inzibati bir cəza verilir. Futbolda belə sarı və qırmızı kart olur. 6 ay müddətinə iş yerinin saxlanılması lakin fəaliyyətinə icazə verilməməsi problemlər yaradacaq”, - deputat bildirib.
Deputat vurğulayıb ki, yeni ştatların açılmasının o qədər asan olmamasını nəzrə alıb bu prosesə dəyişiliklər edilməsinə ehtiyac var.
Gülnar Nazimqızı