Araz Musayevə hücumda dörd nəfər iştirak edib – Türkiyə mediası

Türkiyə mediasının məlumatına görə, Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayevə edilən hücumda dörd nəfər iştirak edib.
Onlardan ikisi - Azərbaycan vətəndaşları Antalyada hava limanında saxlanılıb. Digər şübhəli Rusiya Federasiyasına qaçıb, dördüncü şəxs isə hələ də axtarılır.
Polis şübhəlilərin Türkiyəyə giriş tarixlərini və icarəyə götürdükləri avtomobilləri araşdıraraq onların əvvəlcədən planlaşdırılmış hücum məqsədilə ölkəyə gəldikləri qənaətinə gəlib.
Araz Musayev IFMA çempionatı çərçivəsində Antalyada keçirilən yarış zamanı Türkiyə nümayəndə heyətinin üzvləri ilə insidentdən sonra bıçaqlanaraq xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı olunub. Onun vəziyyəti stabil ağır kimi qiymətləndirilir.
N.Təbrizli
Son xəbərlər
Daha çox 