Ən az pul son bir gündə oğurlanıb - 476 manat

Son bir gündə vətəndaşların kart hesabından 476 manat vəsait oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Mayın 28-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 340, 100, 36 manat pul vəsaitləri bank kartlarından oğurlanıb",- məlumatda deyilir.
DİN bir daha vətəndaşları şübhəli zənglərə cavab verməməyi və kart hesablarındakı məxfiliyi bölüşməməyi tövsüyə edir.
Daxili İşlər Nazirliyinin son statistikasına görə, bu ilin ilk dörd ayı ərzində vətəndaşların kartından 6 milyon manatdan çox pul oğurlanıb.
2024-cü ildə kart fırıldaqçılığı nəticəsində vətəndaşlara 22 milyon manatdan çox zərər dəyib.
Gülnar
Son xəbərlər
Daha çox 