• $ 1.7
  • € 1.9122
  • ₽ 0.02128
  • ₺ 0.0435
  • £ 2.2849

Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb - 3 qurum birgə məlumat yayıb

Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb - 3 qurum birgə məlumat yayıb
29.05.2025 12:27

Gəncədə ölən Elgün İbrahimova qarşı heç bir döyülmə faktı qeydə alınmayıb, müəyyən edilib ki, o hündürlükdən yıxılaraq ölüb. Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir. 

Cinayət işi üzrə bütün fərziyyələr, o cümlədən mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılıb.

İstintaqın hazırkı mərhələsində əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyitin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə-genetik, məhkəmə-tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilmişdir ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməmiş, ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməmiş, o, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölüb.

Həmçinin müəyyən edilmişdir ki, Elgün İbrahimov may ayının 12-də saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarılıb. 

Bundan sonra İbrahimov Gəncə şəhərində yerləşən “Naxış” çay evində tanışları ilə görüşüb birlikdə spirtli içki qəbul etmiş, saat 19:40-da həmin yeri onlarla birgə tərk edib Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılmış, həmin vaxt Elgün İbrahimovun üzərində hər hansı xəsarət izləri müşahidə edilməyib.

Daha sonra İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri, M.Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda getmiş, qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq, orada bir neçə siqaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər almış, saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilmiş, may ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədi rayonunda quru otluq sahədə yanğın baş verib - Video
Cəmiyyət 22:09
Binəqədi rayonunda quru otluq sahədə yanğın baş verib - Video
Füzuli Hüseynova töhmət verilib
Cəmiyyət 22:00
Füzuli Hüseynova töhmət verilib
Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Cəmiyyət 21:55
Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Tərtər sakini Ağdərədə minaya düşüb - Yenilənib
Cəmiyyət 20:26
Tərtər sakini Ağdərədə minaya düşüb - Yenilənib
Bakıda daha 3 narkokuryer saxlanılıb - Video
Cəmiyyət 19:17
Bakıda daha 3 narkokuryer saxlanılıb - Video
Təyyarədə tütün çəkməyə görə cərimə 5 dəfə artırılıb
Cəmiyyət 18:53
Təyyarədə tütün çəkməyə görə cərimə 5 dəfə artırılıb
Biləsuvarda yol qəzası olub,xəsarət alanlar var
Cəmiyyət 18:20
Biləsuvarda yol qəzası olub,xəsarət alanlar var
Fətəli xan Xoyski küçəsində 4 hərəkət zolağı olacaq
Cəmiyyət 18:05
Fətəli xan Xoyski küçəsində 4 hərəkət zolağı olacaq
Azərbaycanda icra olunmayan 1 milyon 200 min qərar var - Zahid Oruc
Cəmiyyət 17:27
Azərbaycanda icra olunmayan 1 milyon 200 min qərar var - Zahid Oruc
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol