• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Bıçaqlanan tələbənin vəziyyəti ağır qiymətləndirilir - Yenilənib

Bıçaqlanan tələbənin vəziyyəti ağır qiymətləndirilir - Yenilənib
29.05.2025 14:14

Xəzər Universitetində bıçaqlanan tələbənin vəziyyəti ağır qiymətləndirilir. Bu barədə TƏBİB məlumat yayıb. 

"Təcili tibbi yardım briqadası tərəfindən 2005-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yerində ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Bel nahiyəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş yarası diaqnozuları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib və Əməliyyat blokuna alınıb. Hazırda pasiyent üzərində cərrahi əməliyyat aparılır, vəziyyəti ağır qiymətləndirilir", - məlumatda deyilir. 

 

13:39

Xəzər Universitetində tələbələr dava birinin digərini bıçaqlanması ilə bitib. Bu barədə modern məlumat yayıb. 

Hadisə yerinə təcili yardım qrupu və polis əməkdaşları cəlb edilib.

Yaralı tələbənin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisə ilə bağlı  DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, Xəzər Universitetində tələbəni bıçaqlayan şəxs saxlanılıb.

O qeyd edib ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

“Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır”, - qurum rəsmisi deyib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır
Cəmiyyət 16:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır
Azərbaycanın meşə fındığı ixracı 49% artaraq 76 milyon dollara çatıb
Cəmiyyət 16:37
Azərbaycanın meşə fındığı ixracı 49% artaraq 76 milyon dollara çatıb
Bakı məktəbində direktorla bağlı iddialara araşdırma aparılacaq
Cəmiyyət 16:09
Bakı məktəbində direktorla bağlı iddialara araşdırma aparılacaq
MEDİA müsabiqə nəticələrini açıqlayıb
Cəmiyyət 15:55
MEDİA müsabiqə nəticələrini açıqlayıb
Avqustda bəzi yerlərdə havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ
Cəmiyyət 15:42
Avqustda bəzi yerlərdə havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ
Lənkəran-Lerik ərazisində zəlzələ qeydə alınıb
Cəmiyyət 14:26
Lənkəran-Lerik ərazisində zəlzələ qeydə alınıb
Subbakalavrlar təhsilalma formasını dəyişdirə bilməyəcək
Cəmiyyət 14:17
Subbakalavrlar təhsilalma formasını dəyişdirə bilməyəcək
BDYPİ valideynlərə çağırış edib
Cəmiyyət 13:38
BDYPİ valideynlərə çağırış edib
Avqustun 1-nə olan hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Avqustun 1-nə olan hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol