Təyyarədə vaxtından əvvəl yerindən qalxanlar cərimələnəcək

Türkiyə tam dayanmazdan əvvəl təyyarədə oturacaqdan qalxan sərnişinləri cərimələyəcək, ölkənin Mülki Aviasiya İdarəsi (SHGM) nu barədə qərar verib.
Türkiyə mediasının məlumatına görə, cərimənin məbləği təxminən 70 ABŞ dolları olacaq. Yeni qaydalar sərnişin şikayətlərinin artmasından sonra mayın əvvəlində qüvvəyə minib.
Rəsmilər son aylarda bu cür halların nəzərəçarpacaq dərəcədə artdığını bildiriblər.
Turkish Airlines isə bələdçilərə sərnişinləri yeni təhlükəsizlik qaydaları barədə daha yaxşı məlumatlandırmağı tövsiyə edib.
N.Təbrizli