Vətəndaşların ixtiyarında olan torpaqlarda vətəndaşa ev tikməyə icazə verilmir- Vasif Qafarov

Bir əsrdir vətəndaşların ixtiyarında olan torpaqlarda vətəndaşa ev tikməyə icazə verilmir.
Lerikdə 17 kənd bir əsrdir vətəndaşların istifadəsində olmasına baxmayaraq həmin vətəndaşlar orada yeni evlər tikə bilmirlər. Bunu Milli Məclisin deputatı Vasif Qafarov deyib.
“Lerikdə 17 kənd meşə fondu torpaqlarında yerləşir. Bu ərazilərdə əhali bir əsrdən çoxdur yaşayır. Əkin işləri aparılır. Həmin kəndlərdə vətəndaşlar özlərinə ev tikilə və çıxarış ala bilmirlər. Hətta onlara köhnə evləri söküb yeni evlər tikməyə icazə vermirlər. Dövlət orqanları bildirir ki, bura meşə fonduna aiddir və tikinti aparmaq olmaz. 777 min hektar təşkil edən torpaqların dəyişdirilməsi vacibdir. 17 kəndin istifadəsində olan bu torpaqların xüsusi mülkiyyətə verilməsinə dair nazirliyə təqdim verilib. İllərdir bu məsələ həll edilmir”, - deputat bildirib.
Gülnar Nazimqızı