Azərbaycanda “reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunacaq

Yaxın zamanlarda “reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunacaq. Bunu Milli Məclisin Ailə,qadın və Uşaq komitəsinin sədri Hicran Hüseynova Parlamentdə çıxışı zamanı deyib.
““Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunmasına ehtiyac var ki, bu da yaxın zamanlarda qəbul olunacaq”, - o bildirib.
Deputat vurğulayıb ki, ölkədə gender bərabərliyi ilə bağlı maarifləndirmə işlərinin daha da genişləndirilməsinə ehtiyac var.
Bundan əvvəl deputat Əhliman Əmiraslanov deyib ki, ölkədə bu qanunun qəbul olunması gözlənilir.
O vurğulayıb ki, hazırda Səhiyyə Nazirliyi bu qanun üzərində işlər aparır.
Bundan əvvəl deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında çıxışında bildirib ki, Azərbaycanda "Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuledilməsi yolverilməzdir.
Deputat vurğulayıb ki, bu qanunun qəbul olunmasına 5 il müddətində imkan verməyib. Novruzov bunu milli mentaliletə uyğun olmaması ilə əlaqələndirib.
Deputat Rəşad Mahmudov isə söyləyib ki, "Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunmadığı üçün bəzi şəxslər övlad sahibi olmaq imkanlarından məhrum olurlar.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 