Bakıda voleybol festivalı keçiriləcək

İyunun 1-də Dənizkənarı Milli Park ərazisində voleybol festivalı keçiriləcək.
"Report"un məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq tədbir saat 10:00-da start götürəcək.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festivalda 12 yaşadək voleybolçu qız və oğlanlardan ibarət komandalar iştirak edəcəklər.
Tədbirin keçirilməsində məqsəd uşaqların idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və dostluq, komanda ruhu kimi dəyərləri təşviq etməkdir.
Son xəbərlər
Daha çox 