Ucarın elektrik yarımstansiyasında yanğın olub, kəndlər işıqsız qalıb

Ucarın elektrik yarımstansiyasında yanğın olub, kəndlər işıqsız qalıb.Bu barədə "Report" xəbər verir.
Hadisə Müsüslü qəsəbəsində yerləşən yarımstansiyada qeydə alınıb.Saat 07:40 radələrində stansiyada yerləşən transfarmatorların birində qəfil yanğın başlayıb. Yanğın qısa zamanda genişlənib, nəticədə 6 kəndə elektrik enerjisi verən transformator yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə FHN-nin Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Fakt araşdırılır.