QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?

Bir çox insan üçün birbaşa satış (direct selling) uzun illərdir ki, həyatda tutunma vasitəsi olub. Klassik saat 9-dan 5-ə kimi iş rejimlərindən fərqli olaraq, bu biznes modeli insanlara həm iş-həyat balansı, həm də sahibkarlıq uğuru baxımından böyük elastiklik təqdim edir. Əlbəttə, digər bütün bizneslərdə olduğu kimi, birbaşa satışda da uğur qazanmaq üçün öhdəlik, sədaqət və səbirlə çalışmaq vacibdir. Amma uğur qazanmaq üçün bu işə tam ştatla başlamağa ehtiyac yoxdur.
QNET-də “part-time” işləmək mümkündürmü?
Birbaşa satışın və QNET kimi qabaqcıl şirkətlərin ən cəlbedici tərəflərindən biri onun elastik və uyğunlaşa bilən bir model olmasıdır. Bu, insanlara bu sahədə ya tam zamanlı, ya da əlavə gəlir məqsədli “part-time” fəaliyyət göstərməyə imkan verir.
Biznesin sadə forması
Əslində birbaşa satış insanlara ənənəvi pərakəndə satış çərçivəsindən kənarda öz satış bizneslərini qurmaq və idarə etmək imkanı yaradır, həm də yüksək ilkin kapital tələb etmədən. Bu, o deməkdir ki, birbaşa satıcılar — yəni Müstəqil Distrübüterlər öz bizneslərini nə vaxt, harada və necə idarə edəcəklərinə özləri qərar verirlər.
Qısa desək, bu model tam operativdir. Və siz əslində öz biznesinizin rəhbəri (CEO-su) olduğunuz üçün iş saatlarınızı da özünüz müəyyənləşdirirsiniz. İstər həftədə 40 saat, istərsə də gündə cəmi bir neçə saat işləmək tamamilə sizin seçiminizdir. Vacib olan budur ki, birbaşa satışdan gəlir yalnız sərf olunan saatların sayından deyil, satış qabiliyyətindən asılıdır. Nə qədər çox məhsul və ya xidmət satırsınızsa, gəliriniz də bir o qədər yüksək olur. QNET bu baxımdan geniş məhsul çeşidinə malikdir – innovativ məişət texnikası, dəbdəbəli saatlar, peşəkar dəriyə qulluq məhsulları və daha çox. Üstəlik, şirkətin rəqabətli kompensasiya planı sayəsində istənilən İR satışla gəlir əldə edə bilər — istər çox vaxt ayırsın, istər az.
Təbii ki, eyni anda fərqli rolları idarə etmək çətin ola bilər və bu, hər kəs üçün deyil. Amma düzgün planlama və dəstək ilə QNET-də “part-time” fəaliyyət göstərmək və uğur qazanmaq mümkündür.
QNET biznesini “part-time” qurmaq istəyənlər üçün bəzi tövsiyələr:
1. Aydın məqsədlər müəyyənləşdirin
Hansısa biznesə başlamağın səbəbini və hədəfinizi dəqiq bilməyiniz çox önəmlidir — xüsusilə vaxtınız məhduddursa və bir neçə məsuliyyət daşıyırsınızsa.
Əvvəlcədən plan qurun və məqsədlərinizi müəyyən edin.
Məqsədiniz övladlarınızın təhsil haqqını qarşılamaqdırmı? Valideynlərinizə maddi dəstək olmaq? Yoxsa daha çox maliyyə azadlığına sahib olmaq?
Aydın məqsədlər sizə istiqamət verəcək, bununla da nə qədər zaman və diqqət ayırmalı olduğunuzu müəyyən edə biləcəksiniz.
2. Təşkilatlılıq və zaman idarəçiliyinə önəm verin
Birbaşa satış sabit iş saatları tələb etməsə də, sahibkarlıq intizam tələb edir. Zamanınızı düzgün planlayın və mümkün qədər bir cədvələ əməl edin — hətta bu, həftədə bir dəfə komanda ilə görüşmək və ya hər axşam bir neçə saat işə vaxt ayırmaq olsa belə. Həmçinin, tapşırıqları izləyin — əl ilə və ya proqram təminatı ilə — ki, vədlər, müştəri sifarişləri və son tarixlər unudulmasın.
3. Hər dəfə tam gücünüzlə işləyin
Gündəlik həyat çoxlu diqqət yayındıran amillərlə doludur. Amma sahibkarlar hər dəfə işlə bağlı məsələyə tam diqqət ayırmalıdır.
Unutmayın, sizin uğurunuza sizdən çox inanacaq biri yoxdur. Buna görə də hər bir tapşırığa 100% fokuslanın və bir işi tamamlamadan digərinə keçməyin.
4. Öyrənməyə fokuslanın
Əvvəlki təcrübənizdən asılı olmayaraq, hər bir biznes özünəməxsusdur. Uğura aparan yol daim öz üzərində işləməkdən keçir. Bəli, ailə və əsas iş öhdəlikləri zamanı məhdudlaşdıra bilər. Amma kitablar, videolar, təlimlər, “upline” və mentorlarla müzakirələr vasitəsilə özünüzü inkişaf etdirmək mütləqdir.
Unutmayın: öyrənmək – inkişaf etmək.
5. Ailə və dost dəstəyindən istifadə edin, amma “yox” deməyi də bacarın
“Part-time” biznes qurmaq münasibətlərə təsir edə bilər. Buna görə də ailənizin və yaxınlarınızın sizi başa düşməsi və dəstəkləməsi önəmlidir. Əlbəttə ki, qərar vermə sizə aiddir, amma onları da prosesə daxil etmək tək qalmamağınıza kömək edəcək.
Eyni zamanda vacib olmayan fəaliyyətlərə “yox” deməyi bacarmaq da önəmlidir. Bəzən uğur bir axşam dostlarla görüşü təxirə salmaq demək ola bilər. Hədəf balans yaratmaqdır.
6. Yavaş-yavaş, amma davamlı irəliləyin
Hər bir sahibkarın yolu fərqlidir. QNET-də uğur qazanmış bir çox İR-lərin hekayələri də bunu sübut edir. Əsas odur ki, QNET-in təqdim etdiyi birbaşa satış modeli hər kəs üçün uyğundur. Əgər doğru yanaşma və düşüncə ilə işləsəniz, istər tam, istər “part-time” çalışın, uğur mümkündür.
Əsas prinsiplər: səbir, planlılıq və ardıcıllıq. Məqsədinizi unutmadan irəliləyin.